65380a1391cc9202310231651
AZAL-ın vitse-prezidenti işdən ÇIXARILIB...

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də kadr islahatları davam edir. 

Panarama.az Qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin vitse-prezidenti Eldar Hacıyev də vəzifəsindən azad olunub. 

O, 2015-ci ildən bu vəzifəni tuturdu. Eldar Hacıyev AZAL-ın rəhbərliyinə təyinat almazdan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti, eyni zamanda AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsində çalşıb. 

AZAL-ın rəsmi veb-səhifəsində də Eldar Hacıyevin adı rəhbərliyin siyahısından çıxarılıb. 

QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, Eldar Hacıyev öz istəyi ilə bir neçə aydır qurumdan ayrılıb. 

Xatıladaq ki, cari ilin sentyabr ayının 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2008-ci ildə təyin olunmuşdu. Ondan əvvəl - 1996-2008-ci illərdə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru olub.

Cahangir Əsgərovun işdən çıxarılmasından sonra AZAL-da kadr islahatlarına start verilib.


24.10.2023 22:14
723

(MGID): :
OXŞAR XƏBƏRLƏR