Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.
Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır".
Qeyd edək ki, aktyor evindən son mənzilə yola salınacaq. Allah rəhmət eləsin!