676c283d08a85202412244357
Azər Zahid və başqa 4 nəfər barəsində qərar verildi - YENİLƏNİB

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının "TikTok" əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. 

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər. 

İstintaq tədbirləri davam etdirilir.

------

18:54

"TikTok"da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığı təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, "tiktok" əməliyyatı ilə 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.

25.12.2024 19:40
827

(MGID): :
OXŞAR XƏBƏRLƏR