İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı bitib.
“Qafqazinfo” xəbər verir ki, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alıb.
Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır.
Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil ediblər. Onlar səhnəyə 12-ci çıxıblar.
“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib.
Nəticələrə görə aşağıdakı ölkələr finala keçə bilib:
Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq