651af6372dc6f202310235623
Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

2030-cu ilə qədər Azərbaycan kosmik sahədə tədqiqatları dərinləşdirəcək, Ay və Marsın tədqiqi, eləcə də planetlərarası tədqiqatla məşğul olacaq.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Komsik Agentliyin (“Azərkosmos”) direktoru Saməddin Əsədov bildirib.

“Azərbaycan komsik tədqiqatları genişləndirməkdə maraqlıdır. Biz bu gün İsrailin Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Bu müqavilə çərçivəsində Agentlik bizə yerin müşahidəsini aparmaqda kömək edəcək”, - deyə o qeyd edib.

Bundan başqa, S.Əsədov əlavə edib ki, son 10 ildə Azərbaycan kosmik tədqiqatlara 600 milyon ABŞ dolları investisiya yatırıb.

02.10.2023 20:56
285

(MGID): :
OXŞAR XƏBƏRLƏR