67362cfb5e893202411240147
Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar - Lalə Məmmədova


“Sevdiyim yoxdur. Sevmək üçün insan fədakar olmalıdır. Təəssüf ki sevgidən sonra gələn hissi yaşaya bilməmişəm. Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar”.

Panarama.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Həftənin qonağı” verilişində Əməkdar artist Lalə Məmmədova deyib.

O, qadınlarının boşandıqdan sonra nə yaşadığından söz açıb:

“Boşanmış qadına yalnız onu xoşbəxt etməyə qadir insan yaxın durmalıdır. O qadın bir dəfə yıxılıb, parça-parça olub. Ayağa durur, özünü yapışdırır. O qadının özündən ağır mənəvi yükü var. Hələ övladı varsa...

Onu xoşbəxt edəcəksənsə, yaxın durmalısan. Sevilmək duyğusu qadını bütün plastik əməliyyatdan, kosmetikadan gözəl göstərir. Əgər bir qaşıq sevgi verib çömçə-çömçə burnundan gətirəcəksənsə, elə qadın tək qalsın. Qadın özünü xoşbəxt etməyi bacarmalıdır. Qərara gəldim ki, Azərbaycan kişisi xoşbəxt olmaq istəmir. Çünki eqosu birincidir. "Mən-mən" deyir”.

14.11.2024 20:59
104

(MGID): :
OXŞAR XƏBƏRLƏR