"Azərbaycam Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Əmlak” MMC-nin direktoru Pərviz Qulam vəzifəsindən azad edilib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.
O, həm də ADY-yə məxsus "ADY Servis" MMC-nin qanuni təmsilçisidir.
Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır.