65487b8e07267202311233718
Azərbaycan karateçisi beşqat DÜNYA ÇEMPİONU OLDU

Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.

Panarama.az Oxu.Az-a istinadən xəbər verir ki, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.

06.11.2023 09:34
749

(MGID): :
OXŞAR XƏBƏRLƏR