Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.
Panarama.az BAKU.WS- ə istinadən xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında çempion olub.
Qeyd edək ki, bu Azərbaycan gimnastikası tarixində bir ilkdir.