Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlu kəskin ürək və ağciyər çatışmazlığından vəfat edib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunub.
O tibb müəssisəsinə təxliyə olunarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.