Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Keçmiş idmançı 69 yaşında vəfat edib.
Qeyd edək ki, Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə bu 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.