Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək.
"Report"un məlumatına görə, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib.
A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.
Qeyd edək ki, Avropa çempionatı 25-28 aprel tarixlərində keçiriləcək.