654b5d8c9f4a1202311230604
Azərbaycanda 13 yaşlı qız özünü məktəb binasından atdı

Şirvan şəhərində yeniyetmə qız intihara cəhd edib.

Panarama.az News24.az-a istinadən bildirir ki, əldə edilən  məlumata görə, hadisə Şirvan şəhər 20 nömrəli  tam orta məktəbdə baş verib.

Belə ki, dünən 4-5 radələrində 13 yaşlı məktəbli özünü 2-ci mərtəbənin pəncərəsindən atıb. 

Məktəbli qız sağ qalıb. Lakin onun ayaqları sınıb. 

İntihara cəhdin səbəbləri araşdırılır. 

Hadisəni ilə bağlı Şirvan-Salyan Rayon Təhsil Şöbəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı. Yeniyetmənin səhhəti ilə bağlı məlumat almaq üçün TƏBİB-ə sorğu göndərsək də, sorğumuz cavablandırılmadı. 

08.11.2023 14:04
453

(MGID): :
OXŞAR XƏBƏRLƏR