Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırılması üçün icraya yönəldilib. Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 134 018 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 724 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 38 121 müraciət daxil olub. 36 270 sənəd (vətəndaşlar tərəfindən 10 478 ərizə, 8 014 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 976, digər qurumlardan 2 684, tabelikdə olan təhsil müəssisələrindən 6 216 məktub və 4 902 kadr ərizəsi) qəbul olunub./oxu.az