654bbc42cfde6202311235010
Azərbaycanda 20 qəpik 50 manata satılır- SƏBƏB...

Azərbaycanda üzərində gerb olan qəpiklər dəyərindən 10 dəfə baha qiymətə satılır

Belə ki, üzərində gerb olan10 qəpik 10, bəzən isə 20- 30 manat arası, 20 qəpik isə 30- 40 manat arası qiymətə təklif olunur. Ən baha qiymətə isə üzərində gerb olan 50 qəpik satılır, bu qəpik 50 – 100 manat arası təklif olunur.

Maraqlıdır bu cür qəpiklərin baha olmasına səbəb nədir?

Panarama.az NOCOMMENT.az-a istinadən  x

əbər verir ki, məsələ ilə bağlı üzərində gerb olan qəpikləri satan şəxslərlə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən satıcı Cebhe.info-ya bildirdi ki, məhdud sayda buraxılmış qəpiklər olduğu üçün kolleksiyaçılar tərəfindən marağa səbəb olur və alınır:

“Bu qəpiklər çox sayda buraxılmadığı üçün hazırda hər kəsdə yoxdur. Məndə üzərində gerb olan 20 qəpiklərdən 5 ədəd var, başqa qəpiklər də var. Mən dəyərindən daha aşağı qiymətə satıram. Elanlarda həmin 20 qəpiyin 50 manata satıldığı görmüşəm. Amma mən üstündə gerbimiz olan 20 qəpiyi 30 manata satıram”.

Başqa bir satıcı bildirib ki, üzərində gerb olan 50 qəpiyi hətta topdan ala bilər və razılaşma mümkündür.

Mərkəzi Bankdan verilən məlumata görə, 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib. Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib. AMB yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanları isə bu gündən tədavülə buraxılmasını elan edib.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb. Yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

08.11.2023 20:47
817

(MGID): :
OXŞAR XƏBƏRLƏR