Goranboyda 35 yaşlı kişini ildırım vurub.
Panarama.az konkret.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Quliyev Ayaz Mübariz oğlunu həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.
A.Quliyev təcili xəstəxanaya çatdırılıb.