66b73717900f2202408244703
Azərbaycanda ailə faciəsi - 3 ölü, 7 yaralı var - FOTOLAR

Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Panarama.az in apa-ya istinadən xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb. 

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan üç nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızı, vəfat edən digər uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı övladıdır.

10.08.2024 13:44
897

(MGID): :
OXŞAR XƏBƏRLƏR