İdmançı, aktyor Şükran Sultanovun ad günü məclisinin görüntüləri yayılıb.
Panarama.az yenisabah.az-a istinadən xəbər verir ki, eyni zamanda bloger fəaliyyəti ilə məşğul olan Ş. Sultanovun ad günü məclisi Bakıdakı məşhur "Montana" restoranında keçirilib. Məclisdə aktyorun yaxın dostları, aktyorlar, jurnalistlər iştirak edib.
Əyləncəli tədbirdə Ş. Sultanov disko-rəqsin müşayiəti ilə diplomat çantadan pul çıxararaq rəqs edənlərin baş üzərindən səpələyib.
Məclis sentyabrın 23-də baş tutub. Bu isə sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.
Həmin videoları təqdim edirik: