651d7b3008633202310234816
Azərbaycanda atalara da uşağa görə məzuniyyət verilir

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib. 

Panarama.az xəbər verir ki, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsini, eləcə də məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı tədbirlər, o cümlədən maarifləndirmə tədbirləri görülməlidir. Lakin bu barədə Əmək Məcəlləsində 130-cu maddəsinin b bəndində icazə göstərilib. 

Belə ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə (İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri) əsasən, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir./redaktor.az

04.10.2023 18:47
288

(MGID): :
OXŞAR XƏBƏRLƏR