Azərbaycanda fəaliyyət göstərən banklardan birinin filial müdiri faciəvi şəkildə ölüb.
Panarama.az-ın məlumatına görə, hadisə Cəbrayıl rayonunun Fığanlı kəndi ərazisində baş verib. 1985-ci il təvəllüdlü Səbuhi Nəsrullayevin olduğu "Mitsubishi" markalı avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində S. Nəsrullayev aldığı xəsarətlərdən keçinib.
Məlumata görə, ictimai fəal kimi tanınan S. Nəsrullayev uzun müddət Bakıdakı Banklardan birinin filial müdiri kimi çalışıb./mətbuat.az