64da37503165a202308231648
Azərbaycanda benzinin istehsalı 30%-dək artıb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb.

Panarama.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94% azalıb.

14.08.2023 18:15
266

(MGID): :
OXŞAR XƏBƏRLƏR