66e060fd2ef48202409240845
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI

Azərbaycanda 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ötən müddətdə qiymətlərdə ciddi artımlar baş verib. Yüksək bahalaşma sürəti hesabına son 8 ildə (2015-2023) qiymətlərdə ümumi artım 81 faizə çatıb.

 

Panarama.az Sfera.az-a istinadən bildirir ki, ümumi bahalaşmada daha çox pay qida məhsullarına düşüb. Qida məhsullarının bazar dəyəri orta hesabla 110 faiz (2,1 dəfə), qeyri-qida məhsullarının dəyəri 69 faiz, pullu xidmətlərin dəyəri isə 54,6 faiz artıb.

 

2015-2023-cü illərdə ümumən bahalaşma yüksək olmaqla bərabər bəzi məhsullarda qiymət artımları digərlərindən kəskin fərqlənib. Son 8 ildə qiyməti ən çox artan məhsul kanalizasiya xidməti olub. Kanalizasiya xidmətinin qiyməti 5 dəfə artıb. Bahalaşma sürətinə görə ikinci sırada tərəvəz məhsulları dayanır. Ötən müddətdə tərəvəzlərin qiyməti orta hesabla 3,65 dəfə artıb. 2015-ci ildə 100 manata alınan tərəvəz səbətini 2023-cü ilin sonunda 365 manata almaq mümkün olub.

 

Devalvasiyadan ötən müddət ərzində dəftərxana vasitələri də kəskin bahalaşıb. Bu malların dəyəri orta hesabla 2,53 dəfə artıb. Bahalaşma sürətinin böyük olmasına görə fərqlənən məhsullar arasında soyuq su xidmətinin (2,35 dəfə), tütün məmulatlarının (2,3 dəfə), hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin (2,28 dəfə), parçaların (2,17 dəfə), tibbi ləvazimatlarının (2,11 dəfə), xalçaların (2,1 dəfə), kərə və bitki yağlarının (2,04 dəfə), çay, qəhvə və kofenin (2 dəfə) adını çəkmək olar.

Son 8 ildə adıçəkilən məhsulların dəyərinin kəskin şəkildə artması əhalinin ümumi istehlak xərclərində də ciddi artıma səbəb olub. 2015-ci ildə bir ayda adambaşına istehlak xərcləri 300 manat olduğu halda, 2023-cü ilin sonunda xərclər 595 manata yüksəlib.

10.09.2024 19:07
140

(MGID): :
OXŞAR XƏBƏRLƏR