665ea32419a27202406241620
Azərbaycanda bu mollalar cəzalandırılacaq

Rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir.

Panarama.az publika.az-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib.

Deputat deyib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər: "Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır".

04.06.2024 09:15
297

(MGID): :
OXŞAR XƏBƏRLƏR