656d578013ed8202312233720
Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)
Ərzaqlıq buğda əkən fermerlərə müasir suvarma sistemləri üçün aldıqları kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kerdit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov "Xəzər Xəbər"ə bildirib ki, dövlətin verdiyi zəmanət 30 faizdən 60 faizə qədər dəyişəcək.
Onun sözlərinə görə, bu, banklar tərəfindən veriləcək kreditən faiz dərəcəsindən asılı olacaq.Mehman İsmayılov qeyd edib ki, əsas hədəflərdən biri əkin sahələrində müasir suvarma sisteminin tətbiqi ilə məhsuldarlığı artımaqdır. Bununla həm də ölkədə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi yüksələ bilər.O əlavə edib ki, sahibkarlara kreditlərin verilməsi bankların öz resusları hesabına həyata keçiriləcək. Şərtlərə görə, hər layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır. Müasir suvarma sistemlərinin alıcıları onların qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 %-i həcmində ilkin ödəniş etməlidirlər.
Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək./qaynarinfo.az


04.12.2023 08:35
467

(MGID): :
OXŞAR XƏBƏRLƏR