Panarama.az News24.az-a istinadən bildirir ki, verilən məlumata görə, kənd sakinin həyətinə hücum edən canavar qadının üzünü parçalayıb. Hadisə avqust ayının 16-sı səhər saatlarında baş verib.
Kənd sakini Allahverdiyev Fərman saytımıza açıqlamasında bildirdi ki, indiyədək mal-qaraya hücum edən canavarlar bu dəfə insanlara da hücum edib:
"Kənddə canavarlar çoxdur. Qonşuların heyvanlarına da hücum edirdi. Axırıncı dəfə bizim həyətə hücum edib. Həyat yoldaşım həyətdə olub və ona hücum edib. Yoldaşımın üzünü parçalayıb. 3 gündür ki, xəstəxanadadır. Ağdaş rayon xəstəxanasında müalicə alır. Deyirlər ki, bir neçə gün sonra Bakıya aparılacaq. Plastik əməliyyat olunmalıdır".
Kənd sakini bildirib ki, indiyədək rayonun bələdiyyə orqanlarına müraciət etsə də, bir nəticə ala bilməyib.