656266935724a202311232643
Azərbaycanda daha bir HADİSƏ: Məktəblinin gözünü-əlini bağlayıb... - FOTO

Suraxanı rayonu 89 saylı məktəbdə uşağa tualetdə işgəncə verilib.

Panarama.az news24.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Aytən Səfərova deyib. O bildirib ki, sözügedən məktəbdə neçənci dəfədir ki, məktəblinin gözü-əli bağlanılaraq dəhşətli işgəncələr verilir.

"Suraxanı rayonu 89 saylı məktəbdə uşağın başına görün nə oyun açırlar!!! 5-ci sinif şagirdinin tualetdə, valideyninin dediyinə görə, neçənci dəfədir gözünü- əlini bağlayıb işgəncə verirlər. Bu məktəbin direktorunun xəbəri var bundan? Bu, nə rəzalətdir? Qoçular dövrüdür? Bu nə məktəbdir belə ki, neçənci dəfədir belə əclaflıq baş verir. Nə müəllimlərin, nə direktorun səsi çıxır?! Bu fotonu mənə həmin uşaqla oxuyan şagirdin valideyni atıb. Əminəm ki, bu məktəbdə araşdırma başlanacaq və bu hadisədə günahkar olanlar- tərbiyəsiz əclaflardan tutmuş biganə müəllim və məktəb rəhbərliyi layiqli cəzasını alacaq", - deyə Aytən Səfərova qeyd edib.

Məqaləyə dair fotomateriallar:

26.11.2023 01:25
2039

(MGID): :
OXŞAR XƏBƏRLƏR