654defd41fdf5202311235444
Azərbaycanda daha bir yüksək vəzifəyə yeni TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədri təyin olunub.

 

Panarama.az Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub.

Qeyd edək ki, S.Rüstəmov bu təyinatadək DSMF-nin sədr müavini vəzifəsində çalışıb.

10.11.2023 12:53
340

(MGID): :
OXŞAR XƏBƏRLƏR