Zərdab rayonunda ana 3 yaşlı oğlu ilə birgə intihara cəhd edib.
Panarama.az BAKU.WS-ə istinadən bildirir ki, bu barədə “qaynar xətti”ə məlumat daxil olub.
Bildirilib ki, hadisə rayonun Kür çayı keçən hissəsində qeydə alınıb. Belə ki, ana övladının əlindən tutaraq çaya girməyə başlayıb. Həmin an yaxınlıqdakı polis hadisəyə şahidlik edib. O, dərhal suya atılaraq ana və azyaşlı övladını xilas edib.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik:
https://www.instagram.com/reel/CwZnHD6s6pa/?igshid=MWZjMTM2ODFkZg==