664d05a21ad44202405243546
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını zəhərlədi

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

Panarama.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib.

Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

22.05.2024 00:34
562

(MGID): :
OXŞAR XƏBƏRLƏR