Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Panarama.az lent.az-a istinadən bildirir ki, hadisə Tariyel doktorun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.
Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.
Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.
Atəş səsinə polis əməkdaşları gəlib. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib.
Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.
-----------
11:16
Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.
Panarama.az APA-ya istinadən bildirir ki, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfinfən qızının evində qətlə yetirilib. H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.
Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib.
İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.
10:58
----------
Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra yenə atəş açıb.
Araşdırma aparılır.
Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir.