683fca11e7bc4202506252241

Azərbaycanda DƏHŞƏT: Yanmış evdən dörd nəfərin meyiti tapıldı

04 İyun 2025
339

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.

Panarama.az Oxu.az-a istinadən bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.

İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.