65ec252617cd1202403240022
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var

Zaqatalada faciəli hadisə baş verib. 

Panarama.az lent.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində qeydə alınıb. 

Rayonun Muxax kənd sakini, 18 yaşlı Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. 

M. Ömərov tapdığı qumbara ilə ehtiyatsız davrandığından əlində partlayıb. 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən  ölməsi barədə polisə məlumat daxil olub. 

Araşdırma aparılır.

16.03.2024 16:50
881

(MGID): :
OXŞAR XƏBƏRLƏR