66db7881ace4a202409244745
Azərbaycanda dəhşətli qəza: ölən və yaralananlar var
Salyan rayonunda ağır yol qəzası baş verib.

Panarama.az-ın report.az-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri - Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

07.09.2024 01:45
336

(MGID): :
OXŞAR XƏBƏRLƏR