654d277d84b36202311233957
Azərbaycanda dəhşətli qəza: Xeyli yaralı var - ADLAR

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.

Panarama.az report-a istinadən xəbər verir ki, onlar Ağsu sakinləri - VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.

Fakt araşdırılır.

--------

19:19

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsunun Qaraqoyunlu kəndindən keçən hissəsində baş verən qəzada 10 nəfər xəsarət alıb.

Panarama.az Trend-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sürücü və sərnişinlər xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 nəfər xəstəxanaya çatdırılıb.

Fakta bağlı araşdırma aparılır.

09.11.2023 22:38
404

(MGID): :
OXŞAR XƏBƏRLƏR