679483aab8868202501252442
Azərbaycanda dəhşətli qəzada beş nəfər öldü... FOTO

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər həyatını itirib. Bu barədə APA məlumat yayıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı beş nəfər ölüb - “VAZ 2106” markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, “Niva”nın sürücüsü Z.Cabbarov, sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi.

1996-cı il təvəllülü E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

25.01.2025 10:22
872

(MGID): :
OXŞAR XƏBƏRLƏR