64df1dee5fb56202308232950
Azərbaycanda ər və arvadın meyitləri evdə aşkarlandı

Sumqayıtda mənzildə meyitləri aşkarlanan ər-arvadın şəxsiyyətləri məlum olub.

Panarama.az "Report"a istinadən xəbər verir ki, onlar - 84 yaşlı Mamontov Aleksandr Alekseyeviç və onun həyat yoldaşı, 82 yaşlı Mamontova Lyubov Georgiyevnadır.

Qeyd edək ki, ər-arvadın meyitləri dünən 2-ci mikrorayon, bina 6/11-də, yaşadıqları mənzildə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

18.08.2023 11:27
179

(MGID): :
OXŞAR XƏBƏRLƏR