671352aa45f0e202410243314
Azərbaycanda FACİƏ: Ata odun sobasına benzin atdı, iki yaşlı oğlu yanıb öldü
Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.

APA-nın məlumatına görə, 2022-ci il təvəllüdlü V.Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


18 oktyabr, 23:57


Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

APA-nın verdiyi məlumata görə, hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib.

Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov evdə odun sobasını qalamaq üçün benzindən istifadə edib.

Bu zaman sobadan çıxan alov ətrafa və yaxınlıqda olan uşaq, 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb.

Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.

2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirirlər. Ona bədənin 90% termiki yanığı diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

19.10.2024 10:28
891

(MGID): :
OXŞAR XƏBƏRLƏR