Azərbaycanda ikinci əl əşyalar satılan saytların birində 50000-ə lampa satılır. Lampanın bu qədər yüksək qiymətə satılmasının səbəbi kimi onun antik olması göstərilir. Panarama.az referans.az-a istinadən xəbər verir ki, satıcının dediyinə görə, lampa 1905-ci ildən bu günə kimi işlək vəziyyətdə qalıb və neftlə işləyir. Lampanım hazırki sahibi onun babasından yadigar qaldığını deyib. Lampanın hündürlüyü 9 sm, eni isə 3 sm-dir. Qədimi lampanı satan şəxs real alıcıya endirim edə biləcəyini də qeyd edib.
50000-ə satılan lampanın fotolarınıı sizə təqdim edirik;