66a51fbc4168c202407242636
Azərbaycanda gəlinin qayınanasını baltalanmasının TƏFƏRRÜATI

19:23

 

Daşkəsəndə qadın baltalanıb.

 

Panarama.az-ın məlumatına görə, hadisə rayonun ucqar kəndlərinin birində qeydə alınıb.

 

Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlinin qaçdığı bildirilir. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./sfera.az

 

***

 

Polisdən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərrüatı məlum olub.

 

APA-nın məlumatına görə, hadisəyə səbəb xəsarət alan 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanovun Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.

 

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb.

 

Qeyd edək ki, zərərçəkən T. Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.

 

Faktla bağlı müvafiq araşdırmalara başlanıb.

 

27.07.2024 20:25
230

(MGID): :
OXŞAR XƏBƏRLƏR