64ec89c71a84b202308234927
Azərbaycanda Hadisəyə cinayət işi açıla bilər...

 Türkiyəli müğənni Hadisəyə qarşı cinayət işi açıla bilər.


Panarama.az  Valyuta.az-a istinadən bildirib ki, bu barədəvəkil Əkrəm Həsənov Hadisənin Bakı konsertindən əldə etdiyi gəlirin hüquqi tərəflərini izah edərkən deyib. 

O bildirib ki, qanunvericiliyə əsasən, Hadisə Azərbaycanda keçirdiyi konsertdən əldə etdiyi gəlirdən ən azı 10 faiz vergi ödəməlidir:


“Bundan əlavə, vaxtında ödənilməyən verginin üstünə faiz gəlir. Buna görə müğənni ən azı 50% həcmində cərimə oluna bilər. Üstəlik vergisini də ödəməlidir. Əgər vergisini ödəməsə, onu cinayət məsuliyyəti gözləyə bilər”.


Əkrəm Həsənov bundan əlavə müğənninin bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyə biləcəyini vurğulayıb.

Qeyd edək ki, türk müğənnisi Hadisə Bakıda keçirdiyi konsertindən 5 milyon lirə (328000 manat) qazanıb. 

28.08.2023 15:45
207

(MGID): :
OXŞAR XƏBƏRLƏR