6636657c5b36d202405244236
Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT

Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub.

E-huquq.az xəbər verir ki, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.

***

18.36

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

04.05.2024 20:41
1257

OXŞAR XƏBƏRLƏR