Yanvarın 30-da Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızı imtahandan sonra halı pisləşib və dünyasını dəyişib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
“Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb. Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır”, - məlumatda qeyd edilib./buta.media