Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Panarama.az Lent.az-a istinadən bildirir ki, "MOUZE“ teleqram kanalına da bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanlardan daha bir nəfərin adı məlum olub. O, Sabirabad sakini Ruhani Rza Ələkbərovdur.
Lent.az-ın əldə etdiyi məlumata görə, R.Ələkbərov bir neçə ay əvvəl həbs edilib.
O, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.