Panarama.az HİT.az-a istinadən xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas deyib. O bildirib ki, “WhatsApp”
hesablarını açmaq üçün kodlar şəxsin nömrəsinə gəlmir:
“İkimərhələli təsdiqləmə işləmir. Hazırda probelmin tək Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər
yoxdur. “WhatsApp”la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Təcili məsələ araşdırılmalıdır”.
O, bütün mobil operatorlarda eyni problemin olduğunu deyib.
Texnoblogerin məlumatını bir çox “WhatsApp” istifadəçisi təsdiqləyərək bildiriblər ki, bəzilərində paylaşılan statuslar görünmür,
istifadəçilər daim onlayn görünür, yazılan mesajlara oxundu işarəsi mavi tık düşür.