6652c78294101202405242418
Azərbaycanda müəllim müəmmalı şəkildə dünyasını dəyişib

Sumqayıtda 83 yaşlı qadının meyiti tapılıb.

Panarama.az baku tv-yə istinadla bildirir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 1941-ci il təvəllüdlü Abdullayeva Pərizat Qədir qızından 3 gün ərzində xəbər ala bilməyən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qonşular bildirirlər ki, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyən qadının övladı olsa da, o, tək yaşayıb.

Polislər evə daxil olan zaman görüblər ki, qadın çiməndən sonra çılpaq formada yerə uzanıb və ağzından qan gəlib.

Məlumat üçün bildirək ki, onun üzərində zorakılıq əlamətləri olmayıb./milli.az

26.05.2024 09:22
541

(MGID): :
OXŞAR XƏBƏRLƏR