DİN Samuxda baş verən insident barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.