66a112881f659202407244112
Azərbaycanda nadir xəstəlikdən ÖLÜM faktı qeydə alındı...

Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb.

Panarama.az xəbər verir ki, hadisə Neftçala rayonunda baş verib. Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 19-da saat 10:35-də 1975-ci il təvəllüdlü Neftçala rayonunun Uzunbabalı kənd sakini (kişi cinsli) halının pis olması səbəbiylə, hipotoniya vəziyyətində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Yaxınları tərəfindən xəstənin 15 ilə yaxın "qırmızı qurd eşənəyi" xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Xəstəyə dərhal ilkin tibbi xidmətlər göstərilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan bütün tədbirlərə baxmayaraq, iyulun 23-də 08:30-da xəstənin poliorqan çatışmazlığından ölüm faktı qeydə alınıb"./lent.az

24.07.2024 18:34
572

(MGID): :
OXŞAR XƏBƏRLƏR