6614da2eb4588202404240326
Azərbaycanda özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı - FOTO

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb.

Mərkəzdən verilən məlumata görə, yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.

Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib./baku.ws

09.04.2024 10:02
1585

(MGID): :
OXŞAR XƏBƏRLƏR