Polis yol qəzasında həlak oldu.
Panarama.az Trend-ə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu "Volkswagen Touareg" markalı, "90-GD-390" dövlət qeydiyyat nömrəli avtomobillə Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda qəza edib.
Beləki, onun idarə etdiyi avtomobil dəmir arakəsmələrə dəyib, nəticədə D.Məmmədov hadisə yerində ölüb.
Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, D.Məmmədov Sabirabad RPŞ-nin əməkdaşı olub.