65af3fa3a5fb0202401242507
Azərbaycanda "Prius"ların qiyməti ARTDI

Azərbaycanda "Toyota Prius" markalı avtomobillərin qiyməti artıb.

 

Panarama.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev deyib.

"Alverçilər bilirlər ki, artıq bazara 10 ildən artıq yaşı olan avtomobil daxil olmur. Ona görə də əllərində olan həmin avtomobillərin qiymətini süni şəkildə artırırlar. Məsələn, əvvəlki dövrlə müqayisədə hazırda "Prius" markalı avtomobillərin qiymətində 2000-2500 manat civarında fərq var. Eyni zamanda buraxılış ili 10 ildən yuxarı olan digər avtomobillərin qiymətində də artım müşahidə olunur. Alverçilər yaranan qıtlıqdan istifadə edirlər", - ekspert əlavə edib.

 

Qeyd edək ki, ötən gün paytaxtın maşın bazarında satışa çıxarılan avtomobillərin sayında kəskin artım müşahidə olunub.

23.01.2024 08:24
343

(MGID): :
OXŞAR XƏBƏRLƏR